Axtarışa verilmiş Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb

Axtarışa verilmiş Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb
  29 Yanvar 2026    Oxunub:1583
Oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu "İnterpol" kanalları vasitəsilə Türkiyədə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, DİN-in "İnterpol"un Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti