Avropa İttifaqında Rusiyalı jurnalistlərə sanksiya tətbiq olunub

Avropa İttifaqında Rusiyalı jurnalistlərə sanksiya tətbiq olunub
  01 Fevral 2026    Oxunub:1261
Avropa İttifaqı dörd rusiyalı televiziya jurnalistinə - Dmitri Quberniyev, Yekaterina Andreyeva, Pavel Zarubin və Mariya Sittelə, həmçinin artistlər Roman Çumakov (təxəllüsü – Roma Jiqan) və Sergey Poluninə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin “Rəsmi Jurnalı”nda dərc olunan sənəddə qeyd olunur.

Avropa İttifaqı onların hamısını peşəkar jurnalist və yaradıcılıq fəaliyyəti çərçivəsində Ukrayna ilə bağlı Rusiya Federasiyası hökumətinin fəaliyyətini dəstəkləməkdə ittiham edib.

Aİ-nin fərdi sanksiyaları Avropa İttifaqı ərazisinə girişin qadağan edilməsini, həmçinin mövcud olduğu təqdirdə Avropa banklarında yerləşən istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.

AzVision.az



Teqlər:



Xəbər lenti