Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə danışıb

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə danışıb
  30 Yanvar 2026    Oxunub:1669
Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata əsasən, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti