Dubayda “Qızıl küçə” salınacaq

   Dubayda    “Qızıl küçə”    salınacaq
  30 Yanvar 2026    Oxunub:1899
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın qızıl və zərgərlik ticarəti üçün aparıcı mərkəz statusunu gücləndirmək təşəbbüsü çərçivəsində dünyada ilk belə layihə olan “Qızıl küçə”nin tikintiləcəyini elan edib.
AzVision.az xəbər verir ki, Dubay Hökumətinin Media Ofisi ABŞ-də yerləşən şirkətin “X” sosial media hesabında “Qızıl küçə”nin görüntüləri ilə bağlı məlumat yayıb.

“Ithra Dubai” şirkəti şəhərin dünyanın aparıcı qızıl və zərgərlik ticarəti mərkəzlərindən biri kimi statusunu gücləndirmək üçün xüsusi olaraq hazırlanmış Dubay Qızıl Zonasını rəsmi şəkildə təqdim edib”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, vahid ekosistem kimi dizayn edilən küçədə mindən çox pərakəndə satış şirkəti olacaq.

“Dubay Qızıl Zonası bütün qızıl və zərgərlik dəyər zəncirini, o cümlədən pərakəndə zərgərlik, külçə qızıl, topdansatış ticarəti və investisiyanı bir yerdə birləşdirir”, – məlumatda vurğulanır.

BƏƏ-nin “El-Bayan” qəzetində dərc olunan məqalədə ölkənin 2024–2025-ci illər ərzində 53,41 milyard dollar dəyərində qızıl ixrac etdiyi bildirilib.

Nəşr qızıl ticarətində dünyada ikinci yeri tutan BƏƏ-nin əsas ticarət tərəfdaşlarının İsveçrə, Böyük Britaniya, Hindistan, Honq Konq və Türkiyə olduğunu diqqətə çatdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Dubay   Qızıl-küçə  



Xəbər lenti