“Epşteyn işi” ilə bağlı əlavə materiallar açıqlanacaq

“Epşteyn işi” ilə bağlı əlavə materiallar açıqlanacaq
  02 Yanvar 2026    Oxunub:1091
ABŞ-nin Ədliyyə Nazirliyi mərhum maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ictimaiyyətə əlavə sənədlər açıqlamaq niyyətindədir.
AzVision.az xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Todd Blanş belə deyib.

“CNBC” telekanalının məlumatına görə, Blanş mətbuat konfransında nazirliyin təxminən 2 min video və 180 min fotoşəkil yayımlayacağını bildirib.

Onun sözlərinə görə, bu qərar Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bütün federal materialların dekabrın 19-dək açıqlanmasını tələb edən qanunun icra olunmaması ilə bağlı tənqidlər fonunda qəbul olunub.

Todd Blanşn bildirib ki, hazırda 500-dən çox vəkil və Ədliyyə Nazirliyinin digər əməkdaşları qanun çərçivəsində hansı materialların açıqlanmalı olduğunu müəyyənləşdirmək məqsədilə Epşteynlə bağlı sənədləri nəzərdən keçirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Epşteyn   materiallar  



Xəbər lenti