Nazir müavini: "Beyin ölümü diaqnozunun qoyulmasında tərəddüdlər olub"

      Nazir müavini:    "Beyin ölümü diaqnozunun qoyulmasında tərəddüdlər olub"
  31 Yanvar 2026    Oxunub:1941
Meyit donordan orqan köçürülməsinin əsas şərti olan beyin ölümü diaqnozunun qoyulması sahəsində uzun müddət tərəddüdlər mövcud olub.
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən elmi-praktiki dəyirmi masada deyib. Onun sözlərinə görə, bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib, metodiki tövsiyələr hazırlanıb, həkimlər üçün təlim və seminarlar təşkil olunub:

“2024-cü ildən etibarən ölkəmizdə beyin ölümü diaqnozları qoyulmağa başlanılıb. 2025-ci ildə isə ilk dəfə olaraq ailənin razılığı ilə meyit donordan orqan transplantasiyası həyata keçirildi. Sonrakı dövrdə bir neçə belə transplantasiya baş verdi və bu, mexanizmin artıq işlədiyini göstərdi”, – deyə Nadir Zeynalov vurğulayıb.

Nazir müavini qeyd edib ki, bu proses həm cəmiyyət tərəfindən qəbul olunmağa başlayıb, həm də həkimlərin və transplantasiya komandalarının texniki və peşəkar hazırlığının kifayət qədər yüksək olduğunu sübut edib.

AzVision.az


Teqlər:



Xəbər lenti