Postmüharibə dövründə xidmət göstərilən şəxslərin sayı açıqlanıb
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 7200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 96 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2397 şəxs 88 min reabilitasiya vasitəsi, o cümlədən 500-dən çox şəxs 619 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. 29 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 403 min xidmət göstərilib.
AzVision.az
Teqlər: ƏƏSN







Vaxtında, Aydın, Lazımlı!


