Hindistan-ABŞ münasibətləri yumşalır

   Hindistan-ABŞ münasibətləri yumşalır
  03 Fevral 2026    Oxunub:1329
"Vaşinqton Hindistana qarşı 2025-ci ilin 6 avqustunda irəli sürdüyü əlavə 25% (ümumilikdə 50%) idxal rüsumunun ləğvini nəzərdən keçirir".
ABŞ-nin "The Washington Post" qəzeti Ağ Evdən adı çəkilməyən rəsmi nümayəndəyə istinadən yazır ki, belə bir addım Hindistanın təzyiq nəticəsində Rusiya neftindən imtinası, əvəzində Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Anqoladan yanacaq almağa başlaması xəbərləri fonunda atılıb. Belə ki, Hindistanın Baş naziri Narendra Modi ölkəsinin Rusiya neftinin idxalının dayandırdığını diqqətə çatdırıb. ABŞ Prezidenti Donald Trampla telefon danışığının nəticəsində tərəflər rüsumun 18%-ə endirilməsi barədə razılığa gəliblər. Öz növbəsində, Donald Tramp vurğulayıb ki, Hindistan həmçinin ABŞ və Venesueladan neft ixracını da artırmaq niyyətindədir.
Reuters: "Hindistan artıq başqa ölkələrdən neft alır"

Eyni zamanda, Britaniyanın "Reuters" xəbər agentliyi Hindistan hökumətindən anonim mənbəyə istinadən məlumat yayıb ki, Yeni Dehli Vaşinqtondan yanacaqla yanaşı silah-sursat və təyyarə alışını da artıra, qarşılığında isə öz kənd təsərrüfatı bazarını ABŞ üçün qismən aça bilər. Mümkün saziş Hindistanın telekommunikasiya avadanlıqları, əczaçılıq məhsullar idxalını da əhatələyir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hindistan   ABŞ   əlaqələr   saziş   yumşalma  



Xəbər lenti