Gənclər təşkilatları, könüllülər və tələbələr üçün tədbirlər keçiriləcək
Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları və könüllülər üçün təlimlərin keçirilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların təşkili, habelə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində region gəncləri üçün maarifləndirmə tədbirlərinin, sosial aksiyaların həyata keçirilməsi və digər tədbirlərin təşkili planlaşdırılıb.
Eyni zamanda, İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlimlərdə, seminarlarda və digər zəruri görüşlərdə iştirakçılar arasında paylanılması nəzərdə tutulur.
AzVision.az
Teqlər: gənclər könüllülər tələbələr







Vaxtında, Aydın, Lazımlı!


