Rusiya və İrandan Ermənistana uçuşlar dayandırılıb

Rusiya və İrandan Ermənistana uçuşlar dayandırılıb
  04 Fevral 2026    Oxunub:1565
Rusiyanın Soçi şəhərindən və İranın paytaxtı Tehrandan Ermənistanın İrəvan şəhərinə uçuşlar ləğv olunub.
Ermənistan mətbuatının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumat İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş lövhəsində öz əksini tapıb. Bildirilib ki, "Flysepehran" şirkətinin İrandan Ermənistana, "Azimut" şirkətinin də Soçidən İrəvana uçuşları dayandırılıb. Təyyarələr yerli vaxtla saat 13:35 və 14:45-də İrəvana enməli idi.

Qərarın səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   İran   uçuş   ləğv  



Xəbər lenti