Ermənistanda yeni konstitusiyasının mətni 6 aya hazırlanacaq

   Ermənistanda yeni konstitusiyasının mətni 6 aya hazırlanacaq
  04 Fevral 2026    Oxunub:1338
"Ermənistanın yeni konstitusiyasının mətni üzrə aparılan işin yekun xülasəsi gələn ay açıqlanacaq. Sonrakı mərhələ üzrə müəyyənləşdirilmiş son tarixlər isə yenidən nəzərdən keçirilməyəcək".
Bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında məlumat verib. O vurğulayıb ki, yeni konstitusiyanın mətni üzərində işlərin tamamlanması ölkənin Ədliyyə Nazirliyinin prioritetidir. Xanım nazirin sözlərinə görə, göstərilən vaxtadək mətn ictimaiyyətin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, 2025-ci ilin mart ayında Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu ilə əlaqədar 2027-ci ildə referendum keçiriləcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   konstitusiya  



Xəbər lenti