Simonyan Lavrovla görüşəcək

Simonyan Lavrovla görüşəcək
  04 Fevral 2026    Oxunub:1308
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan sabah paytaxt Moskva şəhərinə səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında məlumat verib. O bildirib ki, tərəflər qarşılıqlı əməkdaşlıqla yanaşı regional məsələlər ətrafında da müzakirələr aparacaqlar:

"Moskva ilə İrəvan arasında ortaq Avrasiya strukturlarında qarşılıqlı əlaqəyə və bu sahədə dialoqa xüsusilə diqqət yetiriləcək".

Məlumat üçün bildirək ki, Alen Simonyanın rəhbərliyində nümayəndə heyəti fevralın 4-dən 7-dək Rusiyada səfərdə olacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   görüş  



Xəbər lenti