ABŞ Rusiya ilə hərbi dialoqun bərpa olunduğunu elan etdi

ABŞ Rusiya ilə hərbi dialoqun bərpa olunduğunu elan etdi
  05 Fevral 2026    Oxunub:680
Rusiya və ABŞ hərbi xətt üzrə yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

“ABŞ və Rusiya Federasiyası bu gün Əbu-Dabidə hərbçilər arasında yüksək səviyyəli dialoqun bərpası barədə razılığa gəliblər”, – deyə komandanlığın bəyanatında qeyd olunub.

Bildirilir ki, dialoqun bərpası Ukrayna üzrə danışıqlarda əldə olunan irəliləyiş fonunda baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti