Parlamentarilərdən biri, demək olar ki, hamının fərdi olaraq liderin dəyişdirilməsinə çağırdığını iddia edib. Starmerin keçmiş müavini Angela Reyner və səhiyyə naziri Ues Stritinq onun mümkün varisləri kimi göstərilir.
Qəzetin həmsöhbəti bildirib ki, rəhbərlik dəyişikliyini dəstəkləyən deputatların sayı “hamının adının sadalaması üçün çox böyükdür”.
“Bundan əvvəl Böyük Britaniyanın baş naziri maliyyəçinin mühakiməsindən sonra da lord Piter Mandelsonun Epşteynlə əlaqələrindən xəbərdar olmasına baxmayraq, onu ABŞ-yə səfir göndərdiyini etiraf edib”, - nəşr yazır.
|
| Tramp Starmerə qəzəblənib |
“The Guardian” qəzetinin məlumatına görə, Piter Mandelson elektron məktublarında maliyyəçini “ən yaxşı dostu” adlandırıb və onu “erkən azadlığa çıxması üçün mübarizə aparmağa” çağırıb.
Maraqlıdır ki, səfirin işdən çıxarılmasından bir gün əvvəl Kir Starmer diplomata tam etimad göstərdiyini bəyan edib və onun təyinatdan əvvəl hərtərəfli yoxlama prosesindən keçdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


