Kanada Ukrayna ordusunu AIM raketləri ilə təchiz etməyə başlayıb

Kanada Ukrayna ordusunu AIM raketləri ilə təchiz etməyə başlayıb
  06 Fevral 2026    Oxunub:758
Kanada Ukraynaya Amerika istehsalı olan AİM raketləri tədarük edəcək. Məqsəd müharibə şəraitində olan ölkənin hava hücumlarından müdafiə sistemini gücləndirməkdir.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Naziri Mixail Fedorov öz rəsmi “X” səhifəsində yazıb.

Nazir raketlərin miqdarı barədə təfərrüatlar varmasa da, onların tədarükünün artıq başlanıldığını diqqətə çatdırıb.

Fedorovun sözlərinə görə, o Kanadalı həmkarı Devid Makqinti ilə apardığı telefon söhbəti zamanı pilotsuz uçuş aparatlarının birgə istehsal, birgə hərbi hazırlıq və ölkələrin orduları arasında hərbi bilik və təcrübə mübadiləsi imkanarı ətrafında müzakirələrin aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti