HDQ komandanı Pakistanda təhsil alan Azərbaycan hərbçiləri ilə görüşüb
Görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Sonra Pakistan İslam Respublikasının Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşən kontr-admiral Şahin Məmmədov qəbula görə təşəkkürünü bildirib. Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Azərbaycanla Pakistan arasında hərbi sahədə əlaqələrin vacibliyi qeyd olunan görüşdə qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə dair əminlik ifadə edilib.
Pakistan Donammasının Komandanı vitse-admiral Abdul Muniblə görüşdən sonra HDQ komandanı bu ölkədə təhsil alan hərbi qulluqçularımızı ziyarət edib, onların təhsilləri ilə maraqlanıb.
Səfər çərçivəsində kontr-admiral Şahin Məmmədov Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, HDQ komandanının qardaş ölkəyə səfəri hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın, hərbi təhsil və hərbi-texniki məsələlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


