DİN: Cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

   DİN:    Cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  07 Fevral 2026    Oxunub:1806
Fevralın 6-da polis əməkdaşları ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti