Şeyxülislam Vatikana gedəcək

Şeyxülislam Vatikana gedəcək
  07 Fevral 2026    Oxunub:1784
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşəcək.
AzVision.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq. Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

AzVision.az


Teqlər: QMİ  



Xəbər lenti