İrana ilk hücumu İsrail edə bilər

   İrana ilk hücumu İsrail edə bilər
  09 Fevral 2026    Oxunub:1285
İsrailli hərbi məmurlar bu yaxınlarda öz həmkarlarına bildiriblər ki, İranın ballistik raket proqramı ekzistensial proqramdır və Qüds lazım gələrsə, birtərəfli hərəkət etməyə hazırdır.
AzVision.az xəbər verir ki, təhlüksəizlik sahəsində mənbələrə istinad edən “The Jerusalem Post” nəşrinin məlumatına görə, son həftələrdə yüksək səviyyəli bir sıra təmaslar zamanı İsrail tərəfi İranın raket imkanlarını və istehsal infrastrukturunu sıradan çıxarmaq niyyətlərini çatdırıb.

Hərbi rəsmilər əsas istehsal obyektlərinə zərbələr də daxil olmaqla, proqramı pozmaq üçün əməliyyat konsepsiyalarını açıqlayıblar.

“Biz amerikalılara dedik ki, əgər İran ballistik raketlərlə bağlı qırmızı xəttimizi keçərsə, biz təkbaşına zərbə endirəcəyik”, - mənbələrdən biri qəzetə açıqlamaında vurğulayıb.

Onun sözlərinə görə, İsrail hazırda bu həddin yetişmədiyinə inanır, lakin İran daxilindəki hadisələri daim izləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   hücum  



Xəbər lenti