Türkiyə Misirə hərbi sursat satacaq
Razılaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən sonra yekunlaşıb. Müqaviləyə yalnız silah və sursatların tədarükü deyil, həm də onların Misirdə istehsalının lokallaşdırılması daxildir.
“Müqaviləyə əsasən, Türkiyə Misirə pilotsuz uçuş aparatları da daxil olmaqla hava təhdidlərinə qarşı nəzərdə tutulmuş qısa mənzilli “Tolqa” hava hücumundan müdafiə (HHM) sistemi ixrac edəcək. HHM sisteminin təchizatının dəyəri təxminən 130 milyon dollar qiymətləndirilir”, - mənbələrin açıqlamasında deyilir.
Qalan məbləğ – təqribən 220 milyon dollar – Misirdə istehsal infrastrukturunun yaradılmasına sərmayə yatırmaq üçün istifadə olunacaq. MKE Qahirədə 7,62 mm və 12,7 mm-lik döyüş sursatı istehsal edəcək fabriklər, həmçinin 155 mm-lik uzaqmənzilli artilleriya mərmilər buraxacaq zavod tikməyi planlaşdırır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


