Hikmət Hacıyev Türkiyə XİN nümayəndəsi ilə görüşüb | FOTO

Hikmət Hacıyev Türkiyə XİN nümayəndəsi ilə görüşüb |    FOTO
  10 Fevral 2026    Oxunub:892
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsarla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. Görüşdə Türkiyə səfiri Birol Akgün də iştirak edib.

Görüş əsnasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti