Nazir müavini: "Maddi yardımlar da indeksləşdirilir"

      Nazir müavini:    "Maddi yardımlar da indeksləşdirilir"
  10 Fevral 2026    Oxunub:1088
Pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

Nazir müavini qeyd edib ki, həmin yanaşma qulluq stajına görə əlavələr alan pensiyaçıları da əhatə edir. Yəni hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına da şamil edilir.

"2023-cü ildən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da eyni qaydada indeksləşdirilir. Bu il üçün indeksləşmə faizini nəzərə almasaq, son 5 ildə pensiya məbləğlərində təxminən 70 faiz artım gerçəkləşdirilib. Cari il üzrə indeksləşmə faizi nəzərə alınmaqla artım 85 faiz təşkil edir", - deyə R.Mustafayev diqqətə çatdırıb.


AzVision.az


Teqlər:



Xəbər lenti