The Guardian: “Rusiya Norveçin bir hissəsini tuta bilər”

      The Guardian:    “Rusiya Norveçin bir hissəsini tuta bilər”
  11 Fevral 2026    Oxunub:931
Norveç Rusiyanın işğal cəhdini və öz ərazisinin bir hissəsinin ələ keçirilməsi ehtimalını istisna etmir. Bu Moskvaya Uzaq Şimaldakı nüvə aktivlərini qorumaq üçün lazım ola bilər.
AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Norveç Silahlı Qüvvələrinin Baş Komandanı general Eyrik Kristoffersen belə deyib.

“Rusiyanın öz nüvə potensialını qorumaq planının bir hissəsi kimi ərazilərimizi ələ keçirməsini istisna etmirik ki. Nüvə potensialı onların əlində qalan yeganə şeydir və bu, əslində ABŞ-ni təhdid edir. Amma Ukrayna və ya digər keçmiş Sovet ölkələrində olduğu kimi Rusiyanın Norveçə qarşı aqressiv məqsədləri yoxdur”, - general bildirib.

Eyrik Kristoffersen xatırladıb ki, Rusiyanın nüvə arsenalının əhəmiyyətli bir hissəsi Norveç sərhədinin yaxınlığındakı Kol yarımadasında cəmlənib. Buraya nüvə sualtı qayıqları, quru raket sistemləri və nüvə silahı daşıya bilən təyyarələr daxildir.

Onun sözlərinə görə, başqa regionda Rusiya ilə NATO arasında münaqişə yaranarsa, məhz bu qüvvələr həlledici olacaq.

- Biz bunu gündəmdən çıxarmırıq. Çünki öz nüvə imkanlarının, ikinci zərbə imkanlarının qorunmasının təminatı üçün Rusiyanın hələ də bunu etmək imkanı var. Bu, bir növ, bizim Uzaq şimalda planlaşdırdığımız ssenaridir”, - Norveç Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Norveç   ərazilər  



Xəbər lenti