Ərəb Parlamentinin prezidenti Fəxri xiyaban və Zəfər parkında I FOTO

Ərəb Parlamentinin prezidenti Fəxri xiyaban və Zəfər parkında    I FOTO
  11 Fevral 2026    Oxunub:1213
Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılığı altında nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.
Bu barədə AzVision.az -a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti