Cənubi Koreya kəşfiyyatı: "Kim Çen İn hakimiyyətə qızını gətirəcək"

      Cənubi Koreya kəşfiyyatı:    "Kim Çen İn hakimiyyətə qızını gətirəcək"
  12 Fevral 2026    Oxunub:1195
"Şimali Koreya lideri Kim Çen İn özünün ardınca 14 yaşlı qızı Kim Cu-eyi ölkə rəhbərliyinə gətirməyi planlaşdırır".
Bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi ölkənin Milli Kəşfiyyat Xidmətinə (NIS) istinadən məlumat yayıb. Kəşfiyyatın belə qənaətə gəlməsinin səbəbi Kim Çen İnin qızının son günlər ölkədə hakimiyyət məsələlərinə birbaşa fikir bildirməsidir. Belə ki, Kim Cu-ey müxtəlif tədbirlərdə iştirakı əsnasında müəyyən siyasi qərarlarla əlaqədar öz rəyini dilə gətirib:

"Bu, onun varis təyinatı mərhələsinə qədəm qoyduğunu göstərir. Cənubi Koreya kəşfiyyatı əvvəllər də şimal ölkənin liderinin qızını rəhbərliyin ən əsas varisi sayırdı. Bu statusun verilməsi istiqamətində rəsmi proses artıq başlayıb. Kəşfiyyat diqqətə çatdırıb ki, Kim Cu-eyin növbəti rəsmi tədbirlərdə iştirakını yaxından izləyəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər: Şimali-Koreya   lider   varis  



Xəbər lenti