Daha sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edilən məsələlərlə bağlı Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində apardığı işlər, habelə məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi və bir sıra digər maddi və prosessual hüquq məsələlərinin xüsusiyyətləri ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi barədə ətraflı məlumat verib.
Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirə ev sahibliyi edən Bakı Kommersiya Məhkəməsinə və tədbiri dəstəkləmiş Ali Məhkəmənin Kommersiya Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə Vəkillər Kollegiyası adından minnətdarlığını bildirərək, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini və ədalət mühakiməsinin inkişafı və səmərəli təcrübə mübadiləsinin genişləndirilməsi üçün daimi platformaya çevriləcəyinə ümidini ifadə edib.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov və Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva mövzu ilə bağlı məhkəmə təcrübəsi barədə məlumat veriblər. Vəkillər Kollegiyasının üzvləri Əkrəm Həsənov, Cavid Alıyev, Dünyamin Novruzov, Sevda Məhərrəmova, Şaiq Mirzəyev, Rüfət Bədirli və Əlibaba Əliyevin qeyd etdikləri praktiki məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Yekunda xatirə fotosu çəkilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


