ABŞ İran neftinin Çinə satışına qarşı yeni tədbirlər planlaşdırır

ABŞ İran neftinin Çinə satışına qarşı yeni tədbirlər planlaşdırır
  15 Fevral 2026    Oxunub:1660
ABŞ administrasiyası İran neftinin Çinə tədarükünün qarşısını almaq məqsədilə yeni tədbirlər planlaşdırır.
Bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə İrandan Çinə neft satışı ilə bağlı iqtisadi təzyiqin artırılması barədə razılığa gəliblər.

Nəşr qeyd edir ki, Vaşinqton bununla İranı nüvə proqramı ilə bağlı ciddi güzəştlərə vadar edə biləcəyini hesab edir.


Teqlər:



Xəbər lenti