ABŞ NATO-dan çıxmağı planlaşdırmır

ABŞ NATO-dan çıxmağı planlaşdırmır
  16 Fevral 2026    Oxunub:1226
“Biz NATO-nu tərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər və bu, əvvəllər də baş verib”.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, minlərlə amerikalı hərbçi alyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir.

Dövlət katibi əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyans daxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir və Avropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismində görmək niyyətindədir.

AzVision.az


Teqlər: NATO   ABŞ  



Xəbər lenti