Rusiyada yalnız gənclər üçün taksi xidməti yaradılacaq

   Rusiyada yalnız gənclər üçün taksi xidməti yaradılacaq
  16 Fevral 2026    Oxunub:1258
Rusiyanın "Yandex" texnologiya şirkəti ölkənin böyük şəhərlərində yalnız gənc vətəndaşlar üçün xüsusi taksi sifarişi tətbiqini istifadəyə verməyi planlaşdırır.
Bu barədə Rusiyanın "RBK" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, "Fasten" adlanacaq tətbiqdə gənc istifadəçilər üçün ayrıca qiymət və yerləşdirilmə siyasəti hazırlanacaq.

Yeni tətbiqin gələn aydan işə salınması nəzərdə tutulur. "Yandex" şirkəti bu xəbər barədə hələlik rəsmi açıqlama verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Yandex   taksi   gənclər  



Xəbər lenti