Politico: “Merts ABŞ-dən kəşfiyyat asılılığını azaldır”
Rəsmilərin fikrincə, Avropa ölkələri daha böyük muxtariyyət əldə etmək üçün silahlı qüvvələrini kökündən gücləndirməli olduqları kimi, Almaniya kəşfiyyatı da əhəmiyyətli dərəcədə daha effektiv olmalıdır.
“Biz amerikalılarla sıx əməkdaşlığı davam etdirmək istəyirik. Amma əgər, ABŞ prezidentinin kimliyindən asılı olmayaraq, Amerika lideri gələcəkdə avropalılar olmadan müstəqil hərəkət etmək qərarını verərsə, onda biz öz ayaqlarımız üzərində dayanmağa hazır olmalıyıq”, - Bundestaqın kəşfiyyat xidmətlərinin fəaliyyətinə nəzarət edən xüsusi komitəsinin sədri Mark Henrihman qəzetə müsahibəsində deyib.
Almaniya liderləri bu ehtiyacın xüsusilə aktual olduğunu vurğulayırlar. Çünki, Almaniyanın xarici kəşfiyyat xidmətləri digər ölkələrdəki oxşar qurumlara nisbətən daha çox hüquqi məhdudiyyətlərlə üzləşir.
- Kansler Fridrix Merts Almaniya Federal Kəşfiyyat Xidmətini (BND) gücləndirmək və üzərindəki bəzi məhdudiyyətləri aradan qaldırmaq, ona təxribat və kiberhücum əməliyyatları, habelə daha aqressiv casusluq aparmaq imkanı vermək niyyətindədir”, - nəşr yazır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya ABŞ kəşfiyyat







Vaxtında, Aydın, Lazımlı!


