SOCAR və "Baker Hughes" arasında strateji layihələr müzakirə edilib

SOCAR və "Baker Hughes" arasında strateji layihələr müzakirə edilib
  18 Fevral 2026    Oxunub:618
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baker Hughes” şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti