ABŞ hərbçiləri Venesuelada danışıqlar aparıblar

   ABŞ hərbçiləri Venesuelada danışıqlar aparıblar
  19 Fevral 2026    Oxunub:1135
ABŞ-nin Latın Amerikasındakı qoşunlarının komandanı Frensis Donovan və Müdafiə Nazirliyinin sözçüsü Cozef Yumir gözlənilmədən Venesuelaya gediblər.
Britaniyanın "Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, bu, ABŞ hərbçilərinin yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun həbsindən bəri sözügedən ölkəyə ilk səfəridir. Onlar paytaxt Karakas şəhərində hökumət nümayəndələri ilə danışıqlar aparıblar.

ABŞ Cənub Komandanlığının "X" hesabından verilən xəbərə görə, tərəflər Venesuelada vəziyyətin sabitləşdirilməsi səylərini, Prezident Donald Trampın bu istiqamətdə üçmərhələli planının icrası məqsədilə atılan addımları və ümumilikdə Qərb yarımkürəsində təhlükəsizliyin qorunmasının vacibliyini qiymətləndiriblər.

Keçə həftə ABŞ-nin energetika naziri Kris Rayt da Karakasda idi. "Reuters" diqqətə çatdırır ki, amerikalı hökumət nümayəndələrinin Venesuelaya səfərləri birbaşa Donald Trampın həm hərbi gücdən, həm də enerji siyasətindən faydalanaraq bu ölkədə genişmiqyaslı islahatlar həyata keçirmək səylərinin bir hissəsidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   hərbçilər   Venesuela   səfər   danışıqlar  



Xəbər lenti