DOST mərkəzlərində vətəndaşlara xidmət müddəti azalıb

DOST mərkəzlərində vətəndaşlara xidmət müddəti azalıb
  19 Fevral 2026    Oxunub:1165
DOST mərkəzlərində vətəndaş məmnunluğuna nail olunmasında mühüm amillərdən biri də xidmətlərin çevikliyinin təmin edilməsidir.
AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, ilk DOST mərkəzinin fəaliyyətə başladığı 2019-cu ilə nisbətən DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyədən 23 faiz azalaraq 7 dəqiqə 25 saniyəyə, vətəndaşların növbədə orta gözləmə müddəti 4 dəqiqə 14 saniyədən 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyəyə enib.

Qeyd edək ki, indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 2 DOST xidmət məntəqəsi və “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.

Ötən dövrdə 4,2 milyondan çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faizdir.

AzVision.az


Teqlər: DOST   xidmət   müddət  



Xəbər lenti