ABŞ-ın Vitse-prezidenti Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib

   ABŞ-ın Vitse-prezidenti Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib
  19 Fevral 2026    Oxunub:2143
ABŞ-ın Vitse-prezidenti Ceyms David Vens Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib.
AzVision.az xəbər verir ki, Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında çıxış edən Vens bu yaxınlarda Ermənistan və Azərbaycana səfər etdiyini xatırladıb.

“Biz sizin tərəfdaşlığınıza görə minnətdarıq, xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistan Baş naziri barədə düşünürəm. Bunu mümkün etdiyiniz və gerçək liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Silahları və dağıntıları bir kənara qoyub insanlara və rifaha sərmayə qoyduqda böyük nailiyyətlər əldə etmək mümkündür. Beləliklə, etdiyiniz işlər üçün hər ikinizə təşəkkür edirəm”, - o qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti