Fələstin İsrailin Sülh Şurasından çıxmasını istəyir

Fələstin İsrailin Sülh Şurasından çıxmasını istəyir
  20 Fevral 2026    Oxunub:651
“Fələstin İsrailin Sülh Şurasında iştirakına qarşıdır”.
AzVision.az xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanadakı Beynəlxalq Təşkilatlar yanında daimi müşahidəçisi Salah Əbdül Şəfi “İzvestiya”ya bildirib. Onun sözlərinə görə, Qəzza zolağının humanitar ehtiyacları total xarakter daşımalıdır:

“Qəzza zolağının başına gələn qırğın müharibəsindən sonra demək olar ki, heç nə qalmayıb. İsrail infrastrukturu, səhiyyə sistemini, təhsil sektorunu və məktəbləri dağıdıb. Bu gün Qəzza zolağının hər şeyə ehtiyacı var”.


AzVision.az


Teqlər:



Xəbər lenti