“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub
  20 Fevral 2026    Oxunub:1662
Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edib.
Bu məsələ Milli Məclisin fevralın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.

2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.

Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

AzVision.az


Teqlər:



Xəbər lenti