"Google" əməkdaşları İran casusu çıxıblar
Şübhəli şəxslərdən ikisi: Səmanə Qəndali və Sürur Qəndali bacıdırlar. Onların "Google"dan başqa bir texnologiya şirkətində də işlədikləri, həmin şirkətin də məxfi məlumatlarını İranın xeyrinə oğurladıqları müəyyənləşib. Üçüncü şəxs – Səmanə Qəndalinin əri Məhəmmədcavad Xosrovi də əvvəlcə "Google"da, ardınca isə üçüncü bir şirkətdə işləyib. O da hər iki iş yerindən ticarət sirlərini oğurlamaqda günahlandırılır.
Məsələ ilə əlaqədar "Google" şirkəti hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Vurğulanıb ki, məxfi məlumatların oğurlandığı müntəzəm yoxlama əsnasında üzə çıxıb. Təqsirləndirilən şəxslər prosessor təhlükəsizliyi, kriptoqrafiya və s. sahələr üzrə minlərlə məxfi sənədi ələ keçiriblər.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


