Azərbaycanda ötən il 20 mindən çox boşanma olub

   Azərbaycanda ötən il 20 mindən çox boşanma olub
  20 Fevral 2026    Oxunub:1669
Azərbaycanda ötən il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınıb.

Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

AzVision.az


Teqlər:



Xəbər lenti