“ASAN Məktub” uşaqların arzularını reallaşdırır
Proqram çərçivəsində, həmçinin Lütfi Zadə Texnologiya Mərkəzinin dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların da arzuları reallaşdırılıb. Aksiya dünya şöhrətli alim Lütfi Zadənin doğum gününə həsr olunub.
Fəaliyyətə başladığı gündən “ASAN Məktub” 10 600-dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.
Layihənin şəffaflığını və əlçatanlığını artırmaq üçün 13 noyabr 2015-ci ildə www.asanmektub.az saytı istifadəyə verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


