Bakıda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən sonra mağaza və evləri talayıb.
Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb. Faktlar üzrə araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


