Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək
  22 Fevral 2026    Oxunub:3356
Yevlaxda 2 443 əhali və 37 qeyri-əhali abonentin qazı kəsiləcək.
Bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.

Qeyd olunub ki, qaz ölçü qovşağı üzərində quraşdırılmış ötürücü xəttin təmiri ilə əlaqədar Yevlax rayonunun dörd kəndində və iki qəsəbəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri 23 fevral saat 14:00-da başlayacaq və nə qədər davam edəcəyi bəlli deyil.

Qeyd edək ki, Yevlax rayonu "Aran" qazpaylayıcı stansiyasından qidalanır.

AzVision.az


Teqlər:



Xəbər lenti