Politico: "İslandiya Aİ-yə tələsir"

      Politico:    "İslandiya Aİ-yə tələsir"
  23 Fevral 2026    Oxunub:1570
"İslandiyada bu ilin avqust ayında Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının bərpası istiqamətində ölkə üzrə səsvermə keçirə bilər".
ABŞ-nin "The Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, İslandiya hökuməti belə bir addımı 2027-ci ildə atmağı planlaşdırırdı, amma artan geosiyasi gərginlik səbəbi ilə proses sürətləndirilib. Rəsmi Reykyavik İslandiya-Aİ nümayəndələri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər nəticəsində bu qənaətə gəlib. Məlumata görə, ölkə parlamenti ("Altinq") səsvermənin dəqiq tarixini yaxın bir neçə həftə ərzində ictimaiyyətə açıqlayacaq: "İslandiya xalqı səsvermədə Aİ-yə üzvlüyü dəstəkləsə, bu ölkə digər namizədlərdən qabaq ittifaqa qoşula bilər".

Məlumat üçün diqqətə çatdıraq ki, İslandiya daxili maliyyə böhranına görə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət irəli sürüb Hərçənd 2013-cü ildə ölkədə iqtisadi vəziyyət qaydasına düşəndə danışıqlar dayandırılıb. İslandiya, eyni zamanda, Şengen zonasının Avropa İqtisadi Bölgəsinin üzvüdür, ona görə də bir çox AB qanunu burada artıq qüvvədədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İslandiya     proses   səsvermə  



Xəbər lenti