Özəl tibb müəssisələri onkoloji yardım göstərə biləcək
Qanuna əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.
Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.
Teqlər: Səhiyyə







Vaxtında, Aydın, Lazımlı!


