Bağdad: “Sanksiya təhdidi olmayıb”

   Bağdad:    “Sanksiya təhdidi olmayıb”
  23 Fevral 2026    Oxunub:2214
İraq hakimiyyəti neft və neft məhsullarının ixracı ilə məşğul olan ölkə şirkətlərinə qarşı mümkün sanksiyalar barədə ABŞ-dan rəsmi bildiriş almayıb.
AzVision.az xəbər verir ki, İraqın Dövlət Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar əş-Şətri belə deyib.

“ABŞ-dən mümkün sanksiyalarla bağlı heç bir məlumat və ya rəsmi bildiriş almamışıq. SOMO təsdiqlənməmiş mənbələrdən və ya naməlum şəxslərdən gələn ifadələrə yox, rəsmi sənədlərə əsaslanır əsaslanır”, - “INA” agentliyi əş-Şətrinin bəyanatından sitat gətirir.

Onun sözlərinə görə, ABŞ-nin Maliyyə Nazirliyi ilə olanlar da daxil olmaqla, bütün razılaşmalar və müzakirələr SOMO tərəfindən qəbul edilmiş mexanizmlərin və sənədlərin etibarlılığını nümayiş etdirir.

- SOMO İraqın ərazi sularına daxil olan bütün tankerləri izləmək üçün dəqiq metodlardan istifadə edir, bu gəmilərin xüsusiyyətləri və onların təyinat yerləri barədə ölkənin təhlükəsizlik qüvvələri ilə əlaqələndirilmiş şəkildə gündəlik hesabatlar dərc edir”, - iraqlı məmur vurğulayıb.

Əli Nizar əş-Şətri bildirib ki, Bağdad büdcə maliyyələşdirməsinin əsas mənbəyini qorumaqda maraqlıdır, ona görə də bütün yoxlama və nəzarət prosedurları ən yüksək etibarlılıq səviyyəsindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İraq   ABŞ   sanksiyalar   təkzib  



Xəbər lenti