ABŞ-İran danışıqlarına Qrossi də qoşulacaq

   ABŞ-İran danışıqlarına Qrossi də qoşulacaq
  23 Fevral 2026    Oxunub:1535
İran və ABŞ nümayəndə heyətləri arasında fevralın 26-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək növbəti görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossinin də iştirakı planlaşdırılır.
Bu barədə İranın "ISNA" xəbər agentliyi ölkənin adı çəkilməyən diplomatına istinadən məlumat yayıb. Eyni zamanda, bir daha təsdiqlənib ki, İran-ABŞ danışıqlarının üçüncü mərhələsi Omanın xarici işlər naziri Bədr Əl-Busəidinin vasitəçiliyi ilə bu ölkənin Cenevrədəki səfirliyində baş tutacaq.
NYT: "İran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır"

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar; həmin görüşə Rafael Qrossi də qoşulub. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyinə diqqətə çatdırıb. Danışıqların növbəti mərhələsi isə fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   BAEA   nüvə-danışıqları  



Xəbər lenti