Reuters: “ABŞ və Rusiya Cenevrədə müzakirələr aparıb”

      Reuters:    “ABŞ və Rusiya Cenevrədə müzakirələr aparıb”
  24 Fevral 2026    Oxunub:1406
ABŞ nümayəndələri potensial çoxtərəfli nüvə silahlarına nəzarət müqaviləsi üzrə danışıqlara başlamaq üçün Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüşüblər.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Fevralın 24-də isə Amerika nümayəndələri Çin nümayəndə heyəti ilə görüşməyi planlaşdırırlar. ABŞ əvvəllər BMT Təhlükəsizlik Şurasının digər iki üzvü - Böyük Britaniya və Fransa ilə uğurlu ikitərəfli danışıqlar aparıb. Müzakirələrin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü səviyyəsinə qaldırılmasını müzakirələrdə növbəti məntiqi addım olardı”, - amerikalı mənbə deyib.

WP: “ABŞ və Rusiya hərbi danışıqları bərpa edir”
Xatırladaq ki, Rusiya və ABŞ arasında nüvə silahlarının yerləşdirilməsinə dair son beynəlxalq hüquqi məhdudiyyət olan Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilənin (START) meddəti bu il fevralın 5-də başa çatıb.

Vaşinqton bu sahədə bağlanacaq yeni potensial müqavilənin məhdudiyyətlərini Çinə də şamil olunmasını təklif edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Cenevrə  



Xəbər lenti