Naxçıvanda içməli su təminatı yaxşılaşdırılacaq

   Naxçıvanda içməli su təminatı yaxşılaşdırılacaq
  24 Fevral 2026    Oxunub:2504
Naxçıvanda əhalinin içməli su ilə təminatı yaxşılaşdırılacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməli, Nazirlər Kabineti və Naxçıvanda Prezidentinin səlahiyyətli nümayəndəliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.

AzVision.az


Teqlər: Prezident   sərəncam  



Xəbər lenti