Zakir Həsənov Türkiyəyə başsağlığı verib

   Zakir Həsənov Türkiyəyə başsağlığı verib
  25 Fevral 2026    Oxunub:1235
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: "Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

AzVision.az



Teqlər:



Xəbər lenti