Ruslar Avropada əmlakı "Troya atı"na çevirirlər

  Ruslar Avropada əmlakı "Troya atı"na çevirirlər
  25 Fevral 2026    Oxunub:2029
"Müxtəlif Avropa ölkələrinin kəşfiyyat təşkilatları Rusiyaya məxsus daşınmaz əmlakın mühüm hərbi və mülki hədəflərə yaxın nöqtədə yerləşməsindən narahatdır".
Britaniyanın "The Telegraph" qəzeti öz mənbələrinə istinadən belə bir iddia irəli sürür ki, sözügedən əmlakın sahibi məhz Rusiya kəşfiyyatıdır: "Müxtəlif növ əmlak birbaşa kəşfiyyat məqsədləri üçün alınır, hər biri Avropanın müxtəlif yerlərində "Troya atı" funksiyası daşıyır". Qəzetin məlumatına görə, söhbət yay evləri, bağ evləri, anbarlar, məktəb binaları, şəxsi mənzillər, hətta bütöv məhəllələrdən gedir. Maraqlıdır ki, ruslara satılmış tikililərdə indiyədək hər hansı şübhəli fəaliyyətə rast gəlinməyib.

Mənbələrdən birinin fikrincə, rus kəşfiyyatının bu addımı NATO alyanasının "boz zonada" qətiyyətini "sınamaq" məqsədi daşıyır: "Avropada kritik infrastruktur xeyli həssasdır, odur ki əmlak əməliyyatına qarşı tezliklə tədbir görülməlidir". Öz növbəsində, Rusiya tərəfi məsələ ilə əlaqədar iddiaları, eyni zamanda, Avropaya qarşı mümkün münaqişə proqnozlarını tamamilə yalanlayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Avropa   əmlak   Troya-atı  



Xəbər lenti