Paşinyan Polşaya gedib

 Paşinyan Polşaya gedib
  25 Fevral 2026    Oxunub:1484
Ermənistanın Baş naziri Nikol Paşinyan 19 nəfərdən ibarət heyətlə Polşanın paytaxtı Varşava şəhərinə səfərə yollanıb.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, ölkənin Polşadakı səfiri Aleksandr Arzumanyan, iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan, Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan və başqaları daxildir.

Səfər çərçivəsində Nikol Paşinyanın polyak həmkarı Donald Tusk, Prezident Karol Navrotski və Senatın (parlamentin yuxarı palatası) sədri Malqojata Kidava-Blonska ilə görüşüb müxtəlif mövzular ətrafında danışıqlar aparacağı gözlənilir. Donald Tuskla görüşün yekununda hökumət başçılarının mətbuata bəyanatlarla çıxışı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   baş-nazir   Polşa   səfər  



Xəbər lenti